Logo
    Yeni investisiya raundu sayəsində SpaceX şirkətinin bazar dəyəri 30.5 milyard dollar təşkil etdi

    Yeni investisiya raundu sayəsində SpaceX şirkətinin bazar dəyəri 30.5 milyard dollar təşkil etdi

        The Wall Street Journal saytının mənbələri bildiriblər ki, SpaceX şirkəti 500 milyon dollarlıq investisiya raundunu bağlamağa hazırdır. Yeni investisiyalar şirkətin hal hazırki və yeni investoru tərəfindən edilib. Məlumata əsasən yeni investor qismində Şotlandiyanın Bailie Gifford & Co. şirkəti çıxış edir. Bu şirkət həmçinin Tesla-nın 7.6%-nə sahibdir. Partnyorlar artıq müqavilənin şərtləri üzrə razılaşma əldə ediblər. Lakin sözügedən investisiya məbləği hələki şirkətin hesabına keçirilməyib.
      SpaceX yeni investisiya barəsində bu ilin sonuna kimi xəbər verə bilər. Beləliklə yeni investisiyanın sayəsində şirkətin bazar dəyəri 30.5 milyard dollara çatıb. Onun əvvəlki bazar dəyəri isə 21.5 milyard dollar təşkil edirdi. Şirkət bu xəbər barəsində fikir bildirməkdən imtina edib. Məlumata əsasən yeni investisiya şirkətin Starlink layihəsinə xərclənəcək. Bu layihə 4000-dən çox aşağı orbital peyklərin atmosferdə yerləşdirilməsini özündə birləşdirir. Həmin peyklər isə bütün Yer kürəsi üzrə internet şəbəkəsinin paylanması ilə məşğul olacaqlar.
      Məlumata əsasən şirkətin investorları sözügedən layihəyə optimistik yanaşırlar. SpaceX artıq Starlink layihəsinin iki peyk prototipinin uçuşunu reallaşdırıb. Peyklərdən ibarət birinci qrupun işə salınması isə gələn ilə planlaşdırılır. 2015-ci ildə şirkət düşünürdü ki, 800 peykin buraxılması və 1200 yeni işçinin cəlb olunması üçün 3.5 milyard dollar vəsait lazım olacaq. SpaceX-in gözləntilərinə əsasən bu biznes 2025-ci ilə kimi ildə 30 milyard dollar gəlir gətirə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yeni investisiya raundu sayəsində SpaceX şirkətinin bazar dəyəri 30.5 milyard dollar təşkil etdi