main-post-cover

    Yeni iPad Mini planşetinin ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    09.01.2019
    Farid Pardashunas
        Twitter istifadəçilərindən biri yeni iPad Mini modelinin arxa panelinin fotolarını təqdim edib. Bu barədə Macdigger saytı xəbər verib. Bir sıra məlumatlara əsasən yeni planşet modeli yaxın bir neçə ay ərzində təqdim olunmalıdır. Yeni iPad Mini modelinin arxa panelinin fotolarını paylaşmış istifadəçi planşetin iPad Mini 5 adlandığını söyləməyib. Onun sözlərinə səasən yeni planşet modelinə daha çox iPad Mini 4s adı uyğundur.

        Pad Mini 4 modelindən yeni iPad Mini antenlərin konstruksiyası ilə fərqlənir. 9.7 düym ekrana sahib iPad Pro modelindən başlayaraq Apple şirkəti daha kiçik anten konstruksiyasından istifadə edir. Bundan əlavə olaraq paylaşılmış fotoda əks olunmuş iPad modelinin gövdəsi daha fərqli qızılı rəngdədir. Bundan başqa yeni planşet modelinin arxa paneli iPad Mini 4 modelinin arxa panelindən heçnə ilə fərqlənmir.

        Bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, yeni iPad Mini modeli 2019-cu ilin əvvəlində təqdim ediləcək. Onun sözlərinə əsasən planşet yeni texniki göstəricilər, sadə ekran ilə təchiz olunacaq və daha ucuz qiymətə satılacaq. Qeyd etmək lazımdır ki, iPad Mini 4 2015-ci ildə satışa çıxmışdı. Şirkət hələ də bu planşetin satışını (yalnız 128 GB daxili yaddaşa sahib versiya) reallaşdırır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər