
Yeni iPad Pro-nu ciddi dəyişikliklər gözləyir
Elm & Texnologiya
28.08.2023
Emil
Daha əvvəllər iPad Pro planşeti Mac kompüterinin potensial davamçısı kimi hesab edilirdi. İndi isə bu kateqoriyaya daxil olan cihazlar Apple şirkətinə ən az gəliri gətirən cihazlardır. Apple gələn il tamamilə yenilənmiş iPad Pro-nu satışa çıxartmaqla bu vəıziyyəti dəyişmək istəyir. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən iPad Pro-nu son 5 ilin ən ciddi dəyişiklikləri gözləyir. Son illərdə Apple planşetlərində dəyişikliklər o qədər də ciddi deyildilər.
Alıcılar arasında ən yüksək tələbata sahib isə büdcəli iPad 10 modeli olub. iPad mini ümumiyyətlə 2 il ərzində yenilənməyib. iPad Pro isə 2018-ci ildən ciddi dəyişikliklər əldə etməyib. Lakin yeni iPad Pro-dan nələri gözləmək olar? Gurman-ın sözlərinə əsasən növbəti iPad Pro modelləri J717, J718, J720 və J721 kod adlarına sahibdirlər. Onlar 11 düym və 13 düym ekranlar ilə təchiz olunacaqlar. Yəni yeni iPad Pro modelləri arasında ən böyük olanının ekranı 0.1 düym böyüyəcək.
İnsayderin sözlərinə əsasən ən vacib yenilik planşetlərin M3 prosessoruna keçid etmələri olacaq. Üstəlik Apple sözügedən yeni planşetlərdə OLED ekranlardan istifadə edəcək. Şirkət artıq uzun zamandır ki, iPhone modellərində məhz OLED ekranlardan istifadə edir. OLED ekranlar daha parlaqdırlar və rəngləri daha detallı şəkildə ötürürlər. Yenilənmiş iPad Pro-nun gələn ilin yaz və ya yay fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər