Yeni iPhone'lar barəsində məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
02.09.2019
Emil Nəcəfov
Apple şirkətinin təqdimatına 1 həftədən bir qədər çox vaxt qalıb. Həmin təqdimatda isə yeni iPhone modelləri təqdim olunacaq. Təqdimata az vaxt qalmasına baxmayaraq yeni iPhone modelləri barəsində məlumatlar ortaya çıxmağa davam edir. İndi isə onların texniki göstəriciləri, qiymətləri və satış tarixləri barəsində məlumat verilib. Bu barədə Macrumors və GSMarena saytları xəbər veriblər. Keçən ildə olduğu kimi bu il də 3 yeni iPhone modeli təqdim olunacaq: iPhone 11 (iPhone XR-in davamçısı), iPhone 11 Pro (iPhone XS-in davamçısı) və iPhone 11 Pro Max (iPhone XS Max-ın davamçısı).
Məlumata əsasən iPhone 11 modeli 6.1 düym ekran, iPhone 11 Pro modeli 5.8 düym ekran, iPhone 11 Pro Max modeli isə 6.5 düym ekranla təchiz olunacaq. iPhone 11 LCD ekran, digər modellər isə OLED ekranlar əldə edəcəklər. Hər 3 iPhone modeli Apple A13 prosessoru, yenilənmiş Face ID texnologiyası, 12 MP-lik ön kamera və şüşə materialdan hazırlanmış gövdə ilə təchiz olunacaq. Məlumatda qeyd olunub ki, iPhone 11 modeli 4 GB RAM, 64/256/512 GB daxili yaddaş həcmi və 3110 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Pro modellər isə adi iPhone 11-dən tenxiki göstəricilər ilə fərqlənəcəklər.
Belə k, Pro modellər 6 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 3190 mAh (iPhone 11 Pro) və 3500 mAh (iPhone 11 Pro Max) enerji tutumlu batareyalar ilə təchiz olunacaqlar. Bununla yanaşı Pro modellərin Apple Pencil stilus dəstəyini də əldə edəcəkləri gözlənilir. Keçən ilki iPhone modelləri ilə müqayisədə bu ilki iPhone modellərinin qiymətlərində artma olmayacaq.
Məlumata əsasən iPhone 11 modeli 749$, iPhone 11 Pro modeli 999$, iPhone 11 Pro Max modeli isə 1099$ dəyərində qiymətləndirilib. Qeyd etmək lazımdır ki, yeni iPhone modellərinin təqdimatları 10 sentyabr tarixində baş tutacaq. ABŞ-ın böyük mobil operatorlarından birinin sözlərinə əsasən yeni iPhone modellərinin ön sifarişlərinə 13 sentyabr tarixində start veriləcək. Smartfonların özləri isə 20 sentyabr tarixində satışa çıxmalıdırlar.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!