main-post-cover

    Yeni iPhone'larda olan Face ID əkiz insanları fərqləndirə bilmir (VİDEO)

    Elm & Texnologiya
    25.09.2018
    Farid Pardashunas
        Təqdimat zamanı Apple şirkəti bildirmişdi ki, iPhone Xs ilə Xs Max-dakı Face ID texnologiyası daha sürətli çalşır. Lakin görünür, şirkət bu texnologiyanın dəqiqliyini təkmilləşdirməyib. Belə ki, bu sistem çox zaman əkiz insanların üzlərini tanımaq da çətinlik çəkir. Qeyd etmək lazımdır ki, bu problem həmçinin keçən ilki iPhone X modelində də yaşanırdı. İnternetdə artıq bununla bağlı ilk video da ortaya çıxıb. Həmin videoda əkiz qardaşlar yeni iPhone cihazının onların üzlərini skan edib-etməyəcəyini yoxlayıblar. Qeyd etmək lazımdır ki, Apple şirkətinin məlumatına əsasən Face ID vasitəsilə təsadüfi insanın smartfonu blokdan çıxarması ehtimalı milyonda birə bərabərdir. Bu sistemi hansısa şəxsin fotosu ilə aldatmaq olmaz. Lakin məsələ əkiz insanlara gəldikdə vəziyyət bir qədər qəlizləşir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər