Yeni iPhone'ların zərbəyə və suya dözümlülük testləri keçirilib (VİDEO)
Elm & Texnologiya
22.09.2018
Farid Pardashunas
iPhone Xs-in hissələrə ayrılmasından sonra internetdə
yavaş-yavaş yeni iPhone modellərinin dözümlülük testləri barəsində videolar
ortaya çıxmağa başlayır. Belə ki, TechSmartt adlı YouTube kanalının müəllifləri
iPhone Xs ilə iPhone Xs Max modellərinin suya və zərbəyə dözümlülüklərini
yoxlayıblar. Ən böyük marağı məhz Xs Max modeli yaradır. Belə ki, Xs modeli keçən
ilki iPhone X-dən çox da fərqlənmir. Daha böyük ölçülü smartfonlar isə çox
zaman daha kövrək olurlar. Yeni iPhone modellərinin təqdimatı zamanı şirkət
bildirmişdi ki, yeni smartfonlarda mobil cihazlar arasında ən dözümlü qoruyucu
şüşədən istifadə olunur.
Çox güman ki, şirkət həqiqətən də daha dözümlü
materialdan istifadə edir. Belə ki, keçən ilki iPhone X modelinin ekranı yalnız
istifadəçinin başının hündürlüyündən yerə düşəndən sonra çatlamışdı. Yeni
iPhone modelləri isə həmin hündürlükdən yerə düşüşdən sonra salamat qalıblar.
iPhone X 3 metr hündürlükdən düşüşdən sonra onun arxa və ön şüşələri tamamilə
parçalanır. iPhone Xs həmin hündürlükdən düşüşdən sonra heç bir zədə görməyib.
Lakin Xs Max-ın bəxti az gətirib. Belə ki, həmin hündürlükdən düşüşdən sonra
onun ekranı tamamilə parçalanıb.
Yeni iPhone modellərinin daha bir fərqləndirici
özəllikləri ondan ibarətdir ki, onlar daha yaxşı suya dözümlüdürlər. Belə ki,
yeni iPhone-lar IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə
sahibdirlər. Apple şirkətinin saytında qeyd olunub ki, yeni iPhone-lar 2 metr dərinlikdə
30 dəqiqə ərzində qala bilirlər. Test üçün iPhone Xs Max modelini 30 dəqiqəliyinə
10 metr su dərinliyinə endiriblər. Nəticədə smartfon yararsız hala düşüb. Çox
güman ki, smartfon sadəcə olaraq təzyiqə dözməyib. Digər bir testdə isə
smartfonu su ilə dolu qaba endiriblər. Həmin testdən sonra smartfon normal şəkildə
çalışmağa başlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək