
Yeni iPhone modelləri barəsində məlumatlar ortaya çıxıb
Elm & Texnologiya
11.06.2018
Emil
Forbes jurnalistləri yeni Apple
smartfonlarının eksklüziv sxematik fotolarını paylaşıblar. Bu barədə Phonearenasaytı xəbər verib. Təqdim olunmuş fotolarda 6.1 inç və 6.5 inç ekranlara sahib
iPhone modellərinin dizaynları göstərilib. Bundan əlavə olaraq smartfonlar barəsində
əvvəlcədən verilmiş məlumatlara həmdə yeniləri əlavə olunub. 6.5 inç ekrana
sahib iPhone modelinin fotosunda bəzi insanlar üçlü arxa kamera yerinə diqqət
yetiriblər. Bir çoxlarının fikrincə təqdim olunacaq yeni iPhone modellərindən
biri üçlü arxa kameraya sahib olacaq.
Lakin sonradan məlum olub ki, fotoda əslində
ikili arxa kamera əks olunub. Üçüncü dairəvi hissə isə işıqlandırma sistemi
üçün nəzərdə tutulub. 6.5 inç-lik iPhone modelinin ölçüləri 157.2 x 77.1 mm təşkil
edəcək. Bu isə 5.5 inç ekrana sahib iPhone 8-in (158.4 x 78.1 mm) ölçülərindən
bir qədər kiçikdir. 6.1 inç-lik iPhone modelinin ölçüləri 147.1 x 71.5 mm təşkil
edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 5.8 inç ekrana sahib iPhone X-in
ölçüləri 143.6 x 70.9 mm təşkil edir. Bu iPhone modeli bir arxa kameraya sahib
olacaq və bu ilki iPhone seriyasında ən ucuz qiymət ilə satılacaq. Yeni iPhone
modellərinin təqdimatı bu ilin Sentyabr ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər