main-post-cover

    Yeni iPhone modelləri barəsində məlumatlarortaya çıxıb

    Elm & Texnologiya
    28.08.2018
    Farid Pardashunas
        12 Sentyabr tarixində Apple şirkəti 3 yeni iPhone modeli təqdim etməlidir: 5.8 inç ekranlı yenilənmiş iPhone X, 6.5 inç ekranlı iPhone X Plus və 6.1 inç LCD ekranlı büdcəli iPhone. Bugün isə hər bir yeni iPhone modeli barəsində bəzi məlumatlar ortaya çıxdı. Məşhur analitik Ming-Chi Kuro-nun məlumatlarına əsasən büdcəli iPhone modeli LCD ekrandan əlavə olaraq alüminiumdan hazırlanmış çərçivələrə sahib olacaq və bir ədəd arxa kamera ilə təchiz olunacaq. Aşağı cədvəldə hər 3 iPhone modeli barəsində bəzi məlumatlar yerləşir. Onlara baxıb smartfonlar arasında müqayisə aparmaq olar.

        Beləliklə iPhone X Plus modelinin qiyməti 999$, yenilənmiş iPhone X-in qiyməti isə 899$ dəyərində qiymətləndirilir. Ming-Chi Kuo həmçinin qeyd edib ki, büdcəli iPhone modeli ümumiyyətlə Oktyabrda satışa çıxa bilər. Belə ki, onun istehsal qrafikində bəzi problemlər yaranıb. Digər iki model isə Sentyabr ayının sonunda satışa çıxmalıdır. Bununla yanaşı əvvəlki məlumat sızıntılarına baxmayaraq Ming-Chi Kuo əmindir ki, bu ilki iPhone modelləri Apple Pencil dəstəyi əldə etməyəcəklər. Buna baxmayaraq onların hər üçü yeni A12 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, bu ilki iPhone modelləri 3D Touch texnologiyasına sahib sonuncu iPhone modelləri olacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər