Logo
    Yeni iPhone modelləri ilk dözümlülük testindən keçiblər

    Yeni iPhone modelləri ilk dözümlülük testindən keçiblər

    "Apple” şirkətinin yeni smartfonlarının satışa çıxmasından sonra artıq bir çoxları onları dözümlülük və təmir baxımından test ediblər.

    Məsələn iFixit və Chipworks mütəxəssisləri hər iki yeni iPhone modelini incələyərək onlarda 2 və 3 GB RAM-ın olduğunu təsdiqləyiblər. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən həmçinin cihazların təmir prosesinin rahat olduğu da məlum olub. Bu isə əsasən smartfonların əllərindən yerə düşən istifadəçilər üçün yaxşı xəbərdir. TabTimes adlı YouTube kanalı isə daha irəli gedərək smartfonların müxtəlif yüksəkliklərdən yerə düşən zaman dözümlülüklərini yoxlayıb. Aşağıda təqdim etdiyimiz videoda hər iki smartfon müxtəlif vəziyyətlərdən yerə atılıb. Hər bir testdə smartfonlar dözümlülüklərini nümayiş etdiriblər. Daha ətraflı videoya baxaraq öyrənə bilərsiniz.

     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yeni iPhone modelləri ilk dözümlülük testindən keçiblər