Yeni iPhone modelləri iPad'də olan vacib özəlliyi əldə edə bilərlər
Elm & Texnologiya
01.08.2019
Farid Pardashunas
Citi Research şirkətinin analitiklərinin proqnozlarına əsasən sentyabr ayında təqdim olunacaq iPhone modelləri heç gözlənilmədən iPad planşetlərinin vacib özəlliyini əldə edəcəklər. Söhbət, Apple Pencil stilusunun dəstəyindən gedir. Bu barədə Business Insider saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, indiyənə kimi Apple Pencil stilusunun dəstəyi yalnız iPad planşetlərində reallaşdırılmışdı. Buna görə də şirkət analitiklərinin bu proqnozuna bir qədər şübhə ilə yanaşmaq lazımdır. Apple Pencil 2015-ci ildə təqdim olunmuşdu. Bu stilusun iki versiyası var. Onlardan biri yeni iPad Pro-nu digəri isə yerdə qalan iPad modellərini dəstəkləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)