
Yeni iPhone modellərində daha bir problem aşkarlanıb (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
iPhone 7 və iPhone 7 Plus smartfonlarının ilk alıcıları qeyri-adi problemlər ilə qarşılaşıblar.
Belə ki, yüksək gərginlik zamanı cihazlardan qəribə səslər gəlir. DetroitBORG və 512 Pixels adlı YouTube kanallarının müəllifləri həmin problemin təsviri
baxımından video paylaşıblar. Problem isə HissGate adlandırılıb. 512 Pixels
kanalının yaradıcısı Stiven Hakett bildirib ki, "Apple” şirkətinin artıq
problemdən xəbəri var. Çox güman ki, sözügedən problem istehsal olunmuş müəyyən
tiraj cihazlarda yaşanır. Qəribə səslər çıxardan smartfonları 5-7 gün ərzində
problemsiz digər cihazlar ilə əvəz etmək olar. "Apple” isə rəsmi olaraq bu barədə heç
bir fikir bildirməyib.
Paylaş
Bənzər xəbərlər