Yeni iPhone modellərindən biri Geekbench testindən keçdi
Elm & Texnologiya
02.07.2018
Emil Nəcəfov
Bu ilin Sentyabr ayında təqdim
olunacaq 3 iPhone modelinin artıq bir neçə dəfə render fotoları yayılıb. Lakin
onlar real cihazın render fotoları deyil, zavod çertyojları əsasında
hazırlanmış render fotoları olub. İndi isə iPhone modellərindən biri məşhur
Geekbench bençmark testində aşkar edilib. Geekbench testlərinə əsasən yeni
iPhone modeli iOS 12 əməliyyat sistemi və D321AP prosessoru ilə təchiz
olunacaq. Sözügedən prosessor çox güman ki, iPhone X-in D22AP seriya nömrəli
Apple A11 Bionic prosessorunun təkmilləşdirilmiş versiyasıdır.
Bununla yanaşı
yeni iPhone 4 GB RAM-a da sahib olacaq. iPhone X 3 GB RAM ilə təchiz olunur.
Birnüvəli testdə yeni iPhone 4673 xal, çoxnüvəli testdə isə 10912 xal yığıb.
Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone X həmin testlərdə 4200 və 10000
xal yığmışdır. Geekbench testində keçmiş smartfonun adı iPhone 11.2 kimi qeyd
olunub. Ola bilər ki, yeni iPhone modellərindən birinin adı iPhone 11 olsun.
Geekbench saytında smartfon barəsində digər bir məlumat aşkar edilməyib.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!