drzeka zeka kartları

Yeni “iPhone” modellərinin detalları ortaya çıxdı!

13.06.2017 0 PAYLAŞIM 277 OXUNMA

Yeni iPhone” modellərinin detalları ortaya çıxdı!

Üç  yeni “iPhone” modeli haqqında yeni məlumatlar gəlməyə davam edir. Yeni məlumatlar ilə birlikdə yeni iPhone modellərinə aid olan detallar ilk dəfə ortaya çıxdı!


Yeni iPhone modelləri haqqında yeni detallar ortaya çıxmağa davam edir. Gələn məlumatlara görə yeni iPhone 8, 7s7s Plus-a aid olduğu iddia edilən vizuallar istifadəçilər ilə paylaşıldı!

“iPhone 8” dizaynı bir dəfə daha ortaya çıxdı!

Sızdırma xəbərləri ilə bir cür gündəmdən düşməyən Apple, yeni telefonlar ilə yaxında qarşımıza çıxacaq. Apple-ın tədarükçüsü tərəfindən sızdırılan görüntülər  ilə birlikdə, yeni modellərin bir dəfə daha nəcə olduqlarını görmüş olduq.

5.8 düymlük iPhone 8, 4.7 düymlük iPhone 7s və 5.5 düymlük iPhone 7s Plus modeli ilə istifadəçilərin qarşısına çıxacaq olan Apple, yeni modellərinə aid detallarının ilk görüntüləri ortaya çıxdı.

Sızdırılan görüntülərə baxdığımız da isə ilk görüntünün iPhone 8-ə aid olduğu təxmin edilir. Sızdırma xəbərləri ilə bir çox dəfə qarşımıza çıxan bu dizayn yenidən qarşımıza çıxmış vəziyyətdədir. iPhone 8, çərçivəsiz  bir ekrana sahib olacağı da artıq məlumdur.


Fərqli bir dizayn anlayışı ilə qarşımıza çıxan Apple, iPhone 8-də barmaq izi skanını ekranın altına yerləşdirəcək  və virtual bir Touch ID ilə qarşımıza çıxacaq.

Telefonun arxa səthinə baxdığımız da isə şaquli şəkildə yerləşdirilmiş iki kamera var. 10-cu  ilə xüsusi olaraq çıxarılacaq bu model ilə Apple, yeni bir dövrün siqnalını verir.

Sızdırılan ikinci fotoşəkilə keçəcək olsaq, ikinci fotoşəkildə bizi iPhone 7s, iPhone 7s PlusiPhone 8 modelləri yan-yana göstərilib.

iPhone 7s və 7s Plus-ın dizaynında hər hansı bir dəyişiklik etməyən Apple, bu mövzuda olduqca tənqid olunur.


Lakin, Apple bu tənqidlərin qarşısını almaq üçün iPhone 8-dən istifadə edəcək. Təxmini olaraq sızdırılan bu görüntülərdəki kimi bir dizayn ilə qarşımıza çıxacaq olan üç yeni iPhone modeli haqqında hər ötən gün yeni məlumatlar orataya çıxmağa davam edir.



<