main-post-cover

    Yeni KEYone Black Edition satışa çıxacaq

    Elm & Texnologiya
    07.09.2017
    Orxan Jafarli
    BlackBerry KEYone Black Edition, dizaynına edilən kiçik toxunuşlar və daha güclü təchizatıyla qarşımıza çıxacaq.
    TCL sayəsində yoluna davam edən BlackBerry, KEYone smartfonunun yenilənmiş bir versiyasını ötən həftəki IFA 2017 tədbirində təqdim etdi. BlackBerry KEYone Black Edition adlı model yenilənən dizaynı və daha güclü təchizatıyla diqqət çəkməyi bacarır.
    BlackBerry KEYone Black Edition, 2017-ci ilin əvvəllərində MWC 2017 fəaliyyətində təqdim edilən BlackBerry KEYone modelindən fərqli olaraq tamamilə qara kassa, 4 GB RAM 64 GB daxili yaddaş sahəsiylə fərqlilik göstərir.
    Anodlaşdırılmış alüminium gövdə və çərçivədə bu səfər metal yerinə qara rəngdən istifadə edilib. Əvvəlki modeldə 3 GB RAM varkən, Black Edition 4 GB LPPDR3 DRAM ilə təqdim edilir. 32 GB yaddaş sahəsi 64 GB eMMC yaddaş sahəsinə yüksəldilib.
    Bu yeniliklər xaricində BlackBerry KEYone ilə BlackBerry KEYone Black Edition eyni təchizatlara sahibdir. Gorilla Glass 4 ilə qorunan 4.5 inç LCD ekran, Qualcomm Snapdragon 625 prosessor, Qualcomm X9 LTE modem, Fast Charging 3.0 dəstəkli 3505 mAh batareya, Android 7.1, 12 megapiksel (MP) arxa ilə 8 MP ön kamera digər təchizat xüsusiyyətləri arasında iştirak edir.
    BlackBerry KEYone Black Edition, Sentyabr ayı içərisində ilk olaraq müəyyən bazarlarda 799 dollarlıq qiymət etiketiylə satışa təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər