Logo
    main-post-cover

    Yeni MacBook Air modelləri Apple M3 prosessorunu əldə edə bilərlər

        Apple şirkəti iyun ayında WWDC 2023 konfransını keçirdəcək. Tərtibatçılar üçün nəzərdə tutulmuş konfrans çərçivəsində şirkətin öz əməliyyat sistemlərinin yeni versiyalarından əlavə olaraq yeni MacBook Air noutbuklarını da təqdim edəcəyi gözlənilir. Onlardan biri isə 15 düym ekrana sahib olacaq MacBook Air olmalıdır. Bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, təqdim ediləcək yeni MacBook Air modellərinin Apple M3 prosessorunu əldə etmələri şansı çox aşağıdır. Lakin ortaya çıxmış yeni məlumatlara əsasən 15 düym ölçülü ekrana sahib MacBook Air də daxil olmaqla digər MacBook Air modelləri Apple M3 prosessorunu əldə edə bilərlər.
        Əslində bu, məntiqli səslənir. Çünki hal hazırda aktual olan MacBook Air modelləri artıq Apple M2 prosessoru ilə təchiz olunurlar. Təqdim ediləcək yeni MacBook Air modellərinin həqiqətən də Apple M3 prosessorunu əldə edib-etməyəcəkləri iyun ayında bilinəcək. Qeyd etmək lazımdır ki, Apple M3 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal edilməlidir. Lakin TSMC şirkətinin hal hazırda bu cür prosessoru kütləvi şəkildə istehsal etmə potensialına sahib olub-olmadığı aydın deyil. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple şirkətinin hazırladığı 13 düym ekranlı yeni MacBook Pro da Apple M3 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər