Logo
    main-post-cover

    Yeni MacBook-larda minimal RAM yaddaşı 8 GB-dan yüksək olacaq

        Apple şirkətinin M prosessorlu kompüterlərinin baza versiyaları uzun müddətdir ki, 8 GB RAM ilə təchiz olnurlar. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən bu vəziyyət yaxın zamanda dəyişəcək. İnsayder bildirib ki, Apple hal hazırda M3 prosessorlarından birinə sahib MacBook Pro noutbukunun bir neçə versiyasını test edir və test edilən versiyalar arasında 36/48 GB RAM-a sahib versiyalar mövcuddur. Müqayisə üçün qeyd etmək lazımdır ki, M2 Max prosessoru əsasında çalışan Apple noutbukları arasında alıcılara 32/64/96 GB RAM-a sahib modellər təklif edilir.
        Daha öncəki 2 nəsil MacBook modellərində noutbukların baza versiyaları M Max prosessorlu noutbukların baza versiyalarından 4 dəfə daha az RAM yaddaşı ilə təchiz olunurdular. Yəni M Max prosessorlu noutbukların baza versiyaları minimum 32 GB RAM-a sahib olduqları halda adi M prosessoruna sahib noutbukların baza versiyaları 8 GB RAM-a sahib olurdular. Mark Gurman-ın sözlərinə əsasən M3 Max prosessoru əsasında çalışan MacBook-ların 48 GB RAM-a sahib versiyalarının test olunması öz növbəsində M3 prosessorlu MacBook-ların baza versiyalarında minimal RAM yaddaşının 12 GB-a yüksəldiyinə işarə edir.
    Paylaş
    Bənzər xəbərlər