main-post-cover

    Yeni MacBook Pro barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    04.07.2019
    Emil Nəcəfov
        ABŞ-ın əlaqələr ürə federal komissiyasının (FCC) məlumatlar bazasında Apple şirkətinin yeni noutbuk modeli barəsində məlumatlar ortaya çıxıb. Həmin məlumatlar tez bir zamanda silinsə də onlar internetə yayılmağa vaxt tapıblar. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Təəssüflər olsun ki, noutbuk barəsində məlumatar çox azdır.

        Məlum olan odur ki, bu, A2159 nömrəsinə sahib yeni MacBook Pro modelidir. Məlumatda qeyd olunub ki, noutbuk 13 düym ekran və 61 vatt gücündə enerji qəbul etməyə qadir şarj texnologiyası ilə təchiz olunacaq. Görünür, Apple şirkəti Touch Bar sensorlu panelə sahib olmayan 13 düym ekranlı MacBook Pro modelini yeniləməyə qərar verib. Bu model 2017-ci ildən bəri yenilənmir. Gözləntilərə əsasən yeni MacBook Pro modeli bu ilin sentyabr ayında yeni iPhone modelləri ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala