main-post-cover

    Yeni MacBook Pro noutbuk modeli barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    30.07.2019
    Farid Pardashunas
        Sonuncu dəfə Apple şirkəti 2015-ci ildə 12 düym ekrana sahib MacBook modelini satışa çıxardaraq özünün böyük ekranlı noutbuk seriyasını yeniləmişdi. Lakin Digitimes saytının verdiyi məlumata əsasən bu iliin payız fəslinin əvvəlində şirkət daha bir MacBook Pro modelini təqdim edəcək. Söhbət, 16 düym ekrana sahib MacBook Pro modelindən gedir. Bu barədə 9to5mac saytına istinadən 4pda saytı xəbər verib.
        Ölçü baxımından yeni MacBook Pro modeli hal hazırda aktual olan 15 düym ekranlı MaBook Pro modelinin ölçüsü ilə eyni olacaq. Lakin buna baxmayaraq yeni model 16 düym ekrana sahib olacaq. Məlumata əsasən noutbukun ekranı 3072x1920 piksel keyfiyyətində olacaq. Görünür, alüminium gövdə istehsalçıları texniki göstəricilər baxımından elə də böyük bir dəyişiklik gözləmirlər.
        Noutbuk konstruksiyasında gözlənilən ən ciddi dəyişiklik isə ondan ibarət olacaq ki, yeni MacBook Pro modeli tamamilə yeni nəsil klaviaturaya sahib olacaq. Bəzi məlumatlara əsasən Apple şirkəti 16 düym ekrana sahib yeni MacBook Pro modelini bu ilin sentyabr ayında yeni iPhone modelləri ilə birlikdə təqdim edəcək. Lakin həmçinin noutbuk modellərinin təqdimatına həs olunmuş və oktyabr ayında keçirilən təqdimat tədbirində də bu noutbuk modelinin təqdim olunacağı istisna olunmur. Belə ki, keçən il şirkət sentyabr ayında iPhone modellərini, oktyabr ayında isə MacBook ilə iPad modellərini təqdim etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər