main-post-cover

    Yeni MacBook Pro noutbuku Pro seriyası tarixinin ən bahalı modeli olcaq

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        Eyni vaxtda bir neçə mənbə Apple şirkətinin 16 düym ekrana sahib yeni MacBook Pro noutbuk modeli barəsində məlumat verib. Verilmiş yeni məlumatlara əsasən yeni MacBook Pro modeli bu seriya tarixində ən bahalı model olacaq. Lakin bununla belə o həm də yüksək performans göstəricilərinə sahib olacaq. Bu barədə Wccftech.com saytına istinadən 4pda saytı xəbər verib.
        Məlumatda qeyd olunub ki, 16 düym ekrana sahib olacaq yeni MacBook Pro-nun texniki göstəriciləri hal hazırda bazarda mövcud olan aktual MacBook Pro modellərinin texniki göstəricilərindən daha yüksək olacaq. Hal hazırda aktual olan MacBook Pro modelinin qiyməti 2399$-dan başlayır. Lakin satışa çıxacaq yeni MacBook Pro-nun standart versiyasının qiyməti 3000$-dan başlayacaq.
        Yeni MacBook Pro modeli Quanta Hon Hai şirkətləri tərəfindən istehsal ediləcək. Gözləntilərə əsasən yeni modeldə OLED ekran əvəzinə LG istehsalı olan 3072x1920 piksel keyfiyyətli IPS ekrandan istifadə olunacaq. Güman olunur ki, Apple şirkəti yeni MacBook Pro modelini yeni MacBook Air ilə birlikdə okyabr ayında təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər