Logo
    main-post-cover

    Yeni MediaTek Dimensity 9200+ flaqman prosessoru təqdim olunub

    Elm & Texnologiya
    10.05.2023
    Emil
        MediaTek şirkəti Dimensity 9200+ adlı yeni flaqman prosessorunu təqdim edib. Yeni prosessor Dimensity 9200-dən daha yüksək tezliklərdə çalışan nüvələri ilə fərqlənir. Texniki özəlliklər baxımından Dimensity 9200+ prosessoru Dimensity 9200-ün kopyasıdır. Yeni prosessor da TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb.
        Beləliklə Dimensity 9200+ modeli özündə 3.35 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 3 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A715 nüvəsini və 2 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Prosessorda qrafik özəlliklərdən Mali-G715 Immortalis MC11 qrafik çipi cavabdehdir. Dimensity 9200+ 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+WQHD+ ekranlarını, LPDDR5X standartlı RAM yaddaşlarını, eyni anda 3 kamera ilə 4K keyfiyyətində HDR videoların çəkilişlərini, Bluetooth 5.3 Wi-Fi 7 texnologiyalarını dəstəkləyir. Dimensity 9200+ prosessoruna sahib ilk smartfonlar artıq bu ay təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər