
Yeni naqilsiz OnePlus Buds Pro 2 qulaqlıqlarının təqdimatına az müddət qalıb
Elm & Texnologiya
11.11.2022
Emil
Daha əvvəl dəfələrlə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti Buds Pro 2 adlı yeni naqilsiz qulaqlıqları üzərində çalışır. Görünür, sözügedən qulaqlıqların satışa çıxmalarına elə də çox vaxt qalmayıb. Mukul Sharma adlı məşhur hindistanlı insayderin təqdim etmiş olduğu məlumata əsasən OnePlus şirkəti Avropanın və Asiyanın bəzi ölkələrində Buds Pro 2 qulaqlıqlarının kütləvi istehsalına start verib. Əgər heç bir dəyişiklik olmasa şirkət yeni naqilsiz qulaqlıqlarını 2023-cü ilin birinci rübündə OnePlus 11 smartfonu ilə birlikdə təqdim edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus Buds Pro 2 qulaqlıqları 11 mm və 6 mm-lik drayverlərlə təchiz olunacaqlar. Bundan əlavə olaraq qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaqlar. Məlumatda qeyd edilib ki, Buds Pro 2 ətraf səs-küyü 45 dB-ə (desibel) kimi boğa biləcək. Qulaqlıqların gövdələri IP55 standartı üzrə sudan qorunacaq. Buds 2 Pro həmçinin özündə Bluetooth 5.2 texnologiyasının dəstəyini birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
