
Yeni Nokia modeli haqqında məlumatlar sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Çoxdan gözlənilən məlumat axır ki, mediayaya sızdırıldı. Belə ki, MWC 2017-də tanıdılacaq olan Android əməliyyat sisteminə sahib olacaq Nokia telefonunun texniki xüsusiyyətləri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi.
Çoxdandır mobil telefon bazarından uzaq düşən "Nokia" yeni təqdim edəcəyi telefonu ilə istifadəçilərin və Nokia sevərlərin diqqətini
cəlb edib. İlk əvvəl cihazın texniki xüsusiyyətlərinə keçmədən əvvəl qeyd edək
ki, "Nokia", VR cihazlara üstünlük verəcək. Hətta telefon VR cihazla uyğunluq təşkil
edəcək.
Mediaya sızdırılan məlumatlara görə yeni
Android Nokia modeli Snapdragon 820 prosessoru, 5.2 inç və ya 5.5 inç 2K keyfiyyətli ekrana və kamera bölümündə Carl Zeiss optikasına sahib olacaq.
Qeyd edək ki, əvvəlki məlumatlarda Snapdragon 835 prosessoru istifadə olunacağı bildirilmişdi.
Telefonun RAM-nın 3GB və ya 4GB olması gözlənilir.
IP67 sertifikatı daşıyacaq olan Nokia modelinin suya və ya toza davamlı olacağı
bildirilir. Bundan əlavə cihaz metal örtüyə sahib olacaq.
Qeyd edək ki, əks olunan məlumatlar qeyri-rəsmi
xarakter daşıyır. Gələn il MWC 2017-də tanıdılacaq telefonun hansı xüsusiyyətlərə
sahib olması maraqla gözlənilirPaylaş
Bənzər xəbərlər