Logo
    main-post-cover

    Yeni Nokia modelinin ilk fotosu sızdırıldı

    Nokia şirkəti öz mobil biznesini Microsoft-a 2013-cü ildə o şərtlə satmışdı ki, 2016-cı ilin sentyabr ayına kimi Nokia adı altında heç bir smartfon istehsal olunmasın. Next Power Up adlı mənbə isə Nokia P1 smartfonunun ilk fotosunu internetə sızdırıb. Güman olunur ki, məhz bu model 2016-cı ilin payızında Microsoft tərəfindən təqdim olunacaq. Smartfon iki rəngdə (çəhrayı və tünd-qırmızı) satışa çıxacaq. Onun texniki parametrləri hələki bilinməsə də fotodan smartfonun sadə dizayna sahib olacağı görünür. Çox güman ki, smartfon suya davamlı olacaq. Mənbənin verdiyi məlumata əsasən yeni smartfon InFocus/Sharp mühəndisləri tərəfindən hazırlanıb. Nokia P1-in hansı qiymətdə nə vaxt satışa çıxması hələki bilinmir.

    Paylaş
    Bənzər xəbərlər