Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
Elm & Texnologiya
08.08.2024
Farid Pardashunas
Forge Battery, yüksək xüsusi enerjiyə malik 21700 silindrik Li-ion batareyasının prototipinin göndərməyə başlayıb. Yeni “Gen. 1.1 Supercell" akkumulyatoru, elektrik avtomobilləri üçün 10 dəqiqəyə enerji doldurmağı vəd edir.
21700 batareyası, əvvəlki 18650 batareya standartından daha yüksək enerji sıxlığı və tutumu təklif edir. Bu ikisinin birləşməsi elektrik avtomobillərində daha uzun sürmə məsafəsi və təkmilləşdirilmiş səmərəliliyin artmasına səbəb olur. Şirkətin istehsal etdiyi "Gen. 1.1 Supercell", istismar müddətini itirmədən 300 Wh/kq təsdiq edilmiş xüsusi enerji tutumuna malikdir. Yüksək enerji sıxlığı ilə yanaşı, yeni batareyanın sürətli doldurma xüsusiyyəti də olduqca diqqəti çəkir. Şirkətin məlumatına görə, akkumulyator cəmi 10 dəqiqə ərzində tam doldurula bilir. Daha da əhəmiyyətlisi, şirkət, bunun batareyanın ömrünü itirmədən edildiyini söyləyir.
Şirkətin Supercell batareyasındakı bu uğurun arxasında Forge Nano-nun ultra nazik nano örtüyü Atomic Armor dayanır. Həm anoda, həm də katoda tətbiq olunan bu nazik təbəqə, yüksək silikon tərkibli anodların istifadəsini asanlaşdırır və daha yüksək gərginliklərdə işləməyə imkan verir. Atomic Armor sayəsində, litium nikel manqan kobalt oksid (NMC 811) katod və silikon oksid (SiOx) qrafit kompozit anoddan ibarət "Gen 1.1 Supercell", nəinki yüksək enerji sıxlığı təmin edir, həm də çoxlu doldurulma dövrü ərzində tutumunu saxlayır. Bundan əlavə, bu akkumulyator, daşınma üçün ən yüksək təhlükəsizlik standartları olan UN 38.3 və UL 1642 sertifikatlarına malikdir.
Performans dəyərlərindən əlavə, "Gen. 1.1 Supercell", xərc tərəfində də iddialıdır. Şirkətin məlumatına görə, akkumulyator, hər kilovat-saat (kVt/saat) başına mövcud sənaye göstəricilərindən 20% daha aşağı xərclə istehsal oluna bilir. Forge Battery, 2024-cü ilin qalan hissəsi ərzində ildə bir neçə GWh təsdiqlənmiş alışlar edən mövcud müştərilərə minlərlə məhsul göndərməyi gözləyir. Bu nümunələr zamanı məhsullar müştərilərin rəyi ilə son formasına çatacaq. Şirkət, 2026-cı ildə Gigafactory-də Supercell-lərin kommersiya istehsalına başlamağı hədəfləyir.
Linki kopyala
car technologies
new car technologies
car baterry
forge battery
Gen. 1.1 Supercell
atomic armor
electric cars
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nissan, yay aylarında avtomobilin isinməsinin qarşısını alacaq "soyuq boya" texnologiyası hazırlayıb!
Nissan, yay aylarında avtomobilin isinməsinin qarşısını alacaq "soyuq boya" texnologiyası hazırlayıb!
Nissan, Radi-Cool ilə əməkdaşlıq edərək, avtomobillərin qızmar yay temperaturlarına qarşı istiləşməsinin qarşısını alan boya hazırlayıb. Yeni boya texnologiyası ilə avtomobilin salonunu soyutmaq indi daha mümkün hal kimi görünür.
Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Elektrikli nəqliyyat vasitələri geniş yayıldıqca, bu vasitələrin şəbəkələri dəstəkləmə qabiliyyəti də gündəmdə yer almağa başlayır. Bu çərçivədə elektriklə işləyən avtomobillər ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin edib.
Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
Sorğu nəticəsində məlum olub ki, bir çox elektrikli avtomobil istifadəçiləri bəzi problemləri əsas gətirərək elektrikli avtomobillərdən imtina edib, benzinlə işləyən avtomobillərə geri dönmək istəyirlər.
İflas etmiş Fisker markası, əldə qalan bütün elektrikli avtomobilləri ucuz qiymətə satmağa hazırlaşır!
İflas etmiş Fisker markası, əldə qalan bütün elektrikli avtomobilləri ucuz qiymətə satmağa hazırlaşır!
İflas üçün müraciət edən elektrikli avtomobil istehsalçısı Fisker, inventarında olan 3000-dən çox Ocean elektrikli SUV modelinin hər birini 14 min dollardan satışa çıxarmaq istəyir.
Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
Son statiskalara əsasən elektrikli avtomobillərə tələbat artarkən daxili yanma mühərrikli avtomobillərin satış miqdarı da bir o qədər azalmağa başlayıb. Bəs bu yarışı hansı növ avtomobillər qazanacaq?
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!