
Yeni OnePlus Buds Pro 2 naqilsiz qulaqlıqlarının fotoları ortaya çıxıb
Elm & Texnologiya
17.11.2022
Emil
Keçən həftə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti naqilsiz OnePlus Buds Pro 2 qulaqlıqlarının istehsalına artıq start verib. Bu isə o deməkdir ki, sözügedən qulaqlıqlar yaxın zamanda təqdim olunacaq. İndi isə internetdə OnePlus Buds Pro 2-nin fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, yeni qulaqlıqlar hal hazırda aktual olan OnePlud Buds Pro modelindən xarici görünüşcə heç də fərqlənməyəcək. OnePlus Buds Pro 2 eyni dizaynı və vakuum konstruksiyanı əldə edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus Buds Pro 2 qulaqlıqları 11 mm-lik və 6 mm-lik drayverlər ilə təchiz olunacaqlar.

Bundan əlavə olaraq onlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyəcəklər və özlərində Bluetooth 5.2 texnologiyasının dəstəyini birləşdirəcəklər. Həmçinin məlumata əsasən qulaqlıqların gövdələri IP55 standartı üzrə sudan qorunacaq. Qulaqlıqların şarj keysi ilə birlikdə 38 saat ərzində çalışacaqları güman edilir. Məlumata əsasən OnePlus Buds Pro 2-də ətraf səs-küyün boğulması funksiyası ətraf səsləri 45 dB-ə (desibel) kimi boğa biləcək. Gözləntilərə əsasən OnePlus Buds Pro 2 2023-cü ilin birinci yarısında OnePlus 11 ilə birlikdə təqdim olunacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
