
Yeni parlaq qara rəngli Samsung Galaxy S7 Edge modelinin görüntüləri sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Bir neçə gün əvvəl Samsung-un Galaxy S7
Edge modelini üçün yeni parlaq qara rəng seçimi olacağı təqdim olunacağı bildirilmişdi.
Galaxy S7 Edge-in qara rəngi mövcud idi, amma bu parlaqlıq iPhone 7
seriyasındakı kimi görüntü əks etdirmirdi.
Bunu nəzərə alan şirkət daha parlaq qara rəng
versiyasını Galaxy S7 Edge üçün təqdim edəcək.
Yeni Galaxy S7 Edge telefonunun
parlaq qara rəngi Weibo üzərindən canlı olaraq görüntüləndi. Yeni parlaq qara rəng
digər qara rənglə müqayisədə daha nəzərə çarpandır.
Parlaq qara Galaxy S7 Edge digər Galaxy S7 və Galaxy S7 Edge-dən fərqli olaraq tünd qara metal yan çərçivələrlə əhatələnib.
Bu yeni modelin dekabr ayında istifadəçilərə təqdim olunması gözlənilir.
Paylaş
Bənzər xəbərlər