main-post-cover

    Yeni peyklər kosmik zibili müşahidə edəcək

    Elm & Texnologiya
    03.09.2018
    Bot Lala
    Yaponiya hökuməti kosmik zibili müşahidə etmək üçün orbitə peyklər çıxarmağı planlaşdırır.
    Technote.az bildirir ki, peyklərin orbitə buraxılışının 2024-cü ildən 2028-ci ilədək həyata keçirilməsi nəzərdə tutulub.
    Bu vaxtadək isə yaponiyalı mütəxəssislər kosmik zibilin aşkar edilməsi və həmin informasiyanın Yer kürəsinə ötürülməsi texnologiyası üzərində işləyəcəklər. Yaponiya öz peyklərinin orbitdə qalan raket və digər aparatların qırıntıları ilə toqquşmasından ehtiyat edir.
    Müşahidə peykləri qrupunun yaradılmasından sonra onlar kosmik zibilin hərəkəti haqqında məlumat toplanması ilə məşğul olacaqlar və təhlükə zamanı Yer kürəsində yerləşən idarəetmə mərkəzinə siqnal ötürəcəklər.
    Burada toqquşma təhlükəsinin olub-olmamasına əsaslanaraq orbitdə aparatın hərəkət trayektoriyası dəyişdirilməsi haqqında qərar qəbul ediləcək. Ekspertlərin qiymətləndirməsinə əsasən, yerətrafı orbitdə təxminən 150 milyon detal və fraqment mövcuddur.
    Bunlar peyk və digər aparatların orbitə buraxılışından sonra kosmosda toplanıb. Araşdırmalara görə, belə kosmik zibillə toqquşma peyklərin antena, günəş panelləri və s. avadanlığına zərər vura bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər