Logo
    Yeni Pixelbook modeli Google reklamlarında əks olundu (VİDEO)

    Yeni Pixelbook modeli Google reklamlarında əks olundu (VİDEO)

        Pixel 3 XL smartfon modellərinin bir çox sızıntı məlumatlarından sonra görünür, Google şirkəti artıq gizliliyə o qədər də önəm vermir. Belə ki, şirkət öz reklam kampaniyalarında yeni Pixelbook chromebookunun fotolarından istifadə etməyə başlayıb. Yeni Pixelbook modelinin fotosu chromebookların reklamlarında aşkar edilib. Google şirkətinin reklam bannerlərində yeni modelin adı tam olaraq qeyd olunmayıb.

      Lakin istifadəçilər fikir veriblər ki, yeni Pixelbook modeli keçən ilki modeldən fərqli olaraq daha nazik çərçivələrə sahibdir. Bundan əlavə olaraq cihazın həmçinin Facebook-da reklam fotoları da yayılıb. Görünür, Pixelbook 2 keçən ilki versiya kimi ikirəngli dizayna sahib olacaq. Yeni modelin əsas üstünlüyü isə 4K UHD formatlı çərçivəsiz ekran olacaq. Yayılmış qısa videoda isə sensorlu ekrana sahib Pixelbook modeli əks olunub. Çox güman ki, bu, Nocturne kod adına sahib modeldir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yeni Pixelbook modeli Google reklamlarında əks olundu (VİDEO)