main-post-cover

    Yeni Samsung Galaxy A seriyasının smartfonlarının təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    20.02.2019
    Farid Pardashunas
        SamMobile saytının verdiyi məlumata əsasən Samsung şirkəti özünün Galaxy A seriyasının yeni smartfon modellərinin təqdimatı üçün artıq dəvətnamələri göndərməyə başlayıb. Beləliklə təqdimat tədbiri 28 fevral tarixində Hidistanda baş tutacaq. Qeyd etmək lazımdır ki, Galaxy A seriyasının yeni modellərinin təqdimatından bir gün qabaq həmçinin Hindistanda Galaxy M30 smartfonunun təqdimatı da baş tutacaq. Məlumatda qeyd olunub ki, təqdim olunacaq Galaxy A seriyasına 3 smartfon modeli daxil olacaq: Galaxy A10, A20A30.

        Yeni smartfon modelləri genişformatlı Infinity-U və ya Infinity-V ekranları, bir neçə arxa kamera modulları və böyük həcmli batareyalar ilə təchiz olunacaqlar. Smartfonlar çox güman ki, 8 nüvəli Exynos 7885 prosessoruna sahib olacaqlar. Galaxy A20 ilə A30 modelləri AMOLED matrisalı ekranlara və 3/4 GB RAM göstəricilərinə sahib olacaqlar. Galaxy A10 isə PLS TFT matrisalı ekrana və 2 GB RAM-a sahib olacaq. Bu 3 smartfondan əlavə olaraq Samsung şirkəti həmçinin Galaxy A50 modeli üzərində də çalışır. Məlumata əsasən Galaxy A50 modeli Exynos 9610 prosessoru, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və üçlü arxa kamera ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər