
Yeni şəffaf televizor görənləri təəccübləndirdi (Video)
Elm & Texnologiya
07.05.2017
Farid
Yaponlar texnologiyada sərhəd tanımırlar desək yeridir. Təsəvvür edin evinizdə bir televizor var və bu televizor şəffafdır. Adamlar bu işi bacarır.
Belə ki, bir müddətdir artıq bir çox
texnologiya şirkətləri bu sahədə müəyyən işlər aparırdılar. Amma belə görünür
ki, Yaponiyanın öndə gedən "Panasonic”şirkəti onları bir qədər geridə qoymağı bacarıb. Bu yeni televizoru siz həm servantınızın
pəncərəsi kimi, həm də televizor kimi istifadə edə bilərsiniz. Burda heç bir möcüzə yoxdu. Sadəcə yüksək
texnologiyanın bizə bəxş etdiyi möhtəşəm yenilikdir.
"Panasonic”in bu yeni konsept televizorunu Berlin IFA 2016 tədbirində nümayiş
etdirib. Burda bir digər maraqlı məqam LCD yerinə OLED istifadə olunub.
Videodan da göründüyü kimi televizoru aktiv hala gətirməyənədək onun televizor
olması şübhə yaradır. Yeni OLED panellər faktiki olaraq özündən işıq verən
piksellərdən təşkil olunub. Ümid edirik ki, tezliklə biz də bu televizorları əyani
şəkildə evlərimizdə görə biləcəyik.
Paylaş
Bənzər xəbərlər