main-post-cover

    Yeni startap Yer kürəsinin orbitində mobil şəbəkə peyklərinin yerləşdirilməsini planlaşdırır

    Elm & Texnologiya
    09.03.2020
    Emil Nəcəfov
        Yüksək sürətli peyk interneti bir çox şirkətlərin maraq dairələrindədir. Məsələn Elon Musk, SpaceX şirkəti çərçivəsində özünün Starlink layihəsini, Amazon şirkəti isə OneWeb layihəsini hazırlayır. Lynk adlı yeni startap da bu sahəyə daxil olmaq qərarını verib. O təkcə yüsək sürətli mobil şəbəkənin yaradılmasını deyil həmçinin indiyənə kimi mobil cihaz istifadə etməyən 2 milyard insanı da həmin şəbəkə ilə təmin etməyi söz verib. Bu barədə 4pda saytı xəbər verib. Startapın əsas ideyası Yer kürəsinin orbitinə standart mobil şəbəkə qüllələri rolunu oynayan xüsusi peyklərin göndərilməsindədir. Həmin peyklər isə mobil cihazların çalışmadıqları regionları da kəsintisiz yüksək sürətli mobil şəbəkə ilə təmin etməlidirlər.
        Startapın verdiyi məlumata əsasən bu cür regionlarda 2 milyarda yaxın potensial abonent yaşayır. Növbəti 2 il ərzində Yer kürəsinin orbitinə bir neçə peyk qrupunun göndərilməsi planlaşdırılır və həmin peyk qruplarının ölçüləri ayaqqabı qutusunun ölçüsü qədər olacaqlar. Yer kürəsinin səthində olan mobil şəbəkə qüllələri ilə kosmosdakı peyklər arasında əlaqənin yaradılması üçün xüsusi proqram təminatı hazırlanır. Həmin proqram təminatı isə öz növbəsində tezliklərin dəyişilməsinə və siqnalın kosmosa göndərilməsi ilə mobil telefonun həmin siqnalın qəbulundakı gecikmə problemini aradan qaldıra biləcək. Peyklər siqnal ötürülməsini aşağı tezliklərdə reallaşdıracaqlar.
        Bu isə öz növbəsində texniki problemlərin aradan qaldırlmasını və şəbəkə siqnalının göndərilməsinin asanlaşdırılmasını təmin edəcək. Lynk startapının təmsilçiləri qeyd ediblər ki, bütün bunlar mühəndislər tərəfindən yaradılmış yüksək həssaslı antenlər vasitəsilə reallaşdırıla biləcək. 2019-cu ildə mobil şəbəkə peykinin prototipi BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərilmişdi. O, uğurlu şəkildə 2G texnologiyası vasitəsilə Yer kürəsinin səthindəki cihazlarla əlaqə yarada bilmişdi. Həmin vaxtdan bəri Lynk BKS-ə daha iki peyk prototipi göndərdi. Testlər uğurlu şəkildə nəticələnsələr, şirkət növbəti addım kimi kommersiya peyklərinin işə salınmasını planlaşdırır. Təqribi olaraq 2022-ci ildə müştərilər daha əvvəllər aktiv olmayan regionlarda mobil şəbəkə əldə edə biləcəklər. 
    Linki kopyala