Yeni texnologiya ilə bütün iPhone-ları hack etmək mümkündür
Elm & Texnologiya
27.02.2018
Farid Pardashunas
İsrailin “Cellebrite” şirkətinin texnologiyaları “Apple”ın iOS 11 əməliyyat sistemi ilə çalışan istənilən cihazından məlumatları çıxartmağa imkan verir.
Şirkətin yeni texnologiyaları hətta
ən son iPhone (iPhone 8 və iPhone X) modellərinin də şifrələrini təyin edə
bilir. Bəzi məlumatlara görə şirkətin texnologiyalarından artıq bütün dünya üzrə
dövlət orqanları və hətta ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də istifadə
edir. Qeyd etmək lazımdır ki, məhz 2016-cı ildə bu şirkətin texnologiyaları
FBI-ya San Bernardinyo şəhərindəki terrorçunun iPhone modelindəki məlumatları
çıxartmaqda yardımçı olmuşdu. Şirkətin yeni texnologiyaları barəsindəki məlumatı Forbes bildirib.
Forbes tərəfindən tapılmış şirkət sənədlərində qeyd olunub ki, “Cellebrite”
Apple iOS ilə çalışan istənilən cihazı hack edə bilir. Məlumata görə keçən
ilin Noyabr ayında ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi iPhone X smartfonunu “Cellebrite”
şirkətinin texnologiyaları vasitəsilə hack etmişdi. Sözügedən əməliyyat sistemi
ilə çalışan köhnə model cihazlar da hack olunmaqdan qorunmurlar. Sənədlərdəki məlumata
əsasən iOS 5 və ondan sonrakı versiyalarda çalışan istənilən “Apple” cihazını
hack etmək mümüknüdür.
Lakin keçən ilin Sentybar ayında təqdim olunmuş iOS 11 əməliyyat
sistemi “Apple”ın ən güvənli şəkildə qorunan əməliyyat sistemi hesab olunur. Hətta
bir çox proqramçılar da onun qəliz şəkildə hack olunduğunu bildiriblər.
Forbes-un məlumatına əsasən şifrə ilə qorunan iPhone cihazının hack olunmasının
dəyəri 1500$ təşkil edir. Bütün proses isə şirkətin laboratoriyasında baş
verir. iPhone və iPad modelləri həmin laboratoriyaya öncədən göndərilir. Lakin
görünür, şirkət yalnız ənənəvi təhlükəsizlik üsullarını hack edə bilir. Belə
ki, şirkət sənədlərində biometrik şifrələrin hack olunması barədə heç bir məlumata
rast gəlinməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)