Logo
    main-post-cover

    Yeni unikal material olan şəffaf taxta

    İsveçli alimlər unikal süni material olan şəffaf taxta yaradıblar. Taxta tikintidə istifadə olunan güvənli, baha olmayan təbii materialdır. İsveçli alimlər ilk öncə kimyəvi üsul ilə taxtanın tərkibindən təbii polimer qarışığını çıxartmağı öyrəniblər. Beləliklə onlar ağ rəngli taxta alıblar. Şəffaflığa nail olmaq üçün isə alimlər onun tərkibinə orqanik şüşə (polimetilmetakrilat) əlavə ediblər. Alınmış unikal material adi taxtanın xüsusiyyətlərini daşıyır (dözümlülük, sıxlıq, istilik keçiricilik). Bu cür taxta materialın alınma texnologiyasını daha irimiqyaslı istehsal sahələrində istifadə etmək mümkündür. Gələcəkdə pəncərəni sözügedən material ilə əvəzləmək üçün isveçli kimyaçılar hal-hazırda materialın şəffaflığını artırmaq üzərində çalışırlar.


    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yeni unikal material olan şəffaf taxta | Technote