
Yeni virus özünü Android tətbiqi kimi aparır və WhatsApp ismarışlarını oxuyur
Elm & Texnologiya
17.01.2018
Emil
“Kaspersky Lab.”ın təhlükəsizlik üzrə xidməti yeni növ zərərli proqram təminatı aşkar edib.
Aşkar edilmiş yeni zərərli
proqram təminatı Android smartfonu izləmək bacarığına sahibdir. Məlumata əsasən
zərərli proqram təminatı Skygofree adlanır və saxta mobil operator saytlarından
yüklənmiş tətbiqlər kimi özünü təqdim edir. Zərərli proqram təminatı mobil
internetin sürətini artırmağı söz verir. Lakin yüklədikdən sonra istifadəçiyə
ciddi ziyan vura bilər. Onların arasında isə aşağıdakılar var:
- Cihazın olduğu yeri təyin etmək və
3-cü şəxslərin sorğusu əsasında səsin yazılması
- Wi-Fi şəbəkəyə qoşulu vəziyyətdə
məlumatların yığılması və analizi (yazılan şifrələr və brauzer tarixçəsi)
- Accessibility Services vasitəsilə
WhatsApp ismarışlarının
oxunması
- Hər dəfə smartfonu blokdan
çıxardanda ön kamera vasitəsilə foto çəkilişi
- Zənglərin, SMS ismarışların, təqvim
yazılarının və digər istifadəçi məlumatlarının ələ keçirilməsi.
Xoşbəxtlikdən bu zərərli proqram
təminatı çox cihazları əhatə etməyəcək. Belə ki, son versiya Android-lər
Skygofree-nin smartfonu ələ keçirməsinə imkan vermir. Buna baxmayaraq mənşəyini bilmədiyiniz
saytlardan tətbiq yükləməməyi məsləhət görürük.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
