
Yeni yaddaş texnologiyası: UFS 3.1, Galaxy S20 ilə gəlir
Elm & Texnologiya
03.02.2020
UFS, yaddaş çiplərində istifadə olunan texnologiyadır. Yaddaş çiplərindən məlumatların sürətli şəkildə yazılıb-oxunması demək telefonların daha tez açılması, daha tez reaksiya verməsi, tətbiqlərin daha tez açılması deməkdir. Bu gün isə UFS 3.1 texnologiyası təqdim olundu. 2020-ci il flaqman telefon modellərində istifadə olunması gözlənilir.
UFS 3.1 texnologiyası daha az enerji xərcləyərək daha sürətli yazma/oxuma xususiyyətinə malik olacaq.
Jedec tərəfindən hazırlanan yeni çiplərdə həmçinin DeepSleep funksiyası da olacaq ki, bu da mobil cihazların batareya ömürlərini artıracaq. Həmçinin cihazların performansları da artacaq. Bu çiplər UFS 3.0-da olduğu kimi -40 dərəcə temperaturdan +105 dərəcəyə qədər davamlı olacaqlar. UFS 3.0 çiplərini ilk dəfə istifadə edən şirkət OnePlus olmuşdu. Bu səfər isə iddialara görə Samsung, Galaxy S20 ailəsində UFS 3.1 yaddaş çiplərindən istifadə edəcək. Həmçinin yenə də OnePlus şirkətinin OnePlus 8 ailəsində bu çiplərdən istifadə edəcəyi düşünülür.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...