
Yenilənmiş iMac-ın ilk məlumatları sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Amerikanın məşhur Best Buy mağazasının saytında "Apple”ın monobloklu kompüteri olan iMac-ın yeni modeli
haqqında məlumatlar ortaya çıxıb. Yenilənmiş 27 inç ekranlı iMac Retina 5K, Intel Core i7 (7-ci nəsil) prosessorları ilə təchiz olunacaq. Həmçinin kompüter
32 GB RAM və 2 TB Fusion Drive yaddaş həcminə sahib olacaq. "Technote.az”ın "Ferra.ru”a
istinadən verdiyi xəbərə əsasən cihazın qrafik sistemi AMD Radeon M9 M380-dən
ibarət olacaq. Nəzərə alsaq ki, indiki iMac-larda qrafik sistem GPU M395-dir,
yeni iMac modellərində bu cür dəyişkənlik bir qədər qəribədir. Əvvəlki şaiyələrə
əsasən "Apple” bu ilin Oktyabr ayı ərzində iMac-ı və MacBook Pro-nu yeniləməlidir.
Paylaş
Bənzər xəbərlər