Logo
    Yenilənmiş Samsung Galaxy A3 (2017) Ortaya çıxdı!

    Yenilənmiş Samsung Galaxy A3 (2017) Ortaya çıxdı!

    2017 model Galaxy A5 və Galaxy A7 modellərinin ortaya çıxmasından sonra indi də ən kiçik model olan Galaxy A3, GFXBench-də görüntüləndi. "Technote.az" olaraq yeni Galaxy A3 modeli haqqında məlumatları sizlərin diqqətinizə çatdırırıq. 

    Galaxy A seriyasının təkrar yeniləmə ərəfəsində olan "Samsung", 2017 modellərini təqdim etməyə hazırlaşır.GFBench-də paylaşılan məlumatlara görə 4.7 inç ölçüsündə ekranda 720p HD keyfiyyətə sahib cihaz, gücünü 1.5 GHz 8 nüvəli prosessordan alır.

    Telefon 2 GB RAM həcmi ilə yanaşı 8 GB daxili yaddaş, 12 MP arxa, 8 MP qabaq kamera və Android Marshmallow əməliyyat sistemi ilə işləyəcək.
    Bu parametrlərlə telefonun, seriyanın ən kiçik telefonu olduğu kimi təchizatının da ən aşağı model olacağını deyə bilərik. Beləki, günümüzdə istifadəçilərə 8 GB daxili yaddaşın kifayət edib-etməyəcəyi maraqlıdır. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yenilənmiş Samsung Galaxy A3 (2017) Ortaya çıxdı!