
Yenilənmiş Tesla Model 3 barəsində məlumatlar verilib
Elm & Texnologiya
24.06.2023
Emil
Məlumdur ki, Tesla şirkəti hal hazırda Project Highland kod adına sahib yenilənmiş Model 3 elektromobili üzərində çalışır. Sözügedən yenilənmiş Model 3 barəsində məlumatlar son zamanlarda daha çox internetdə ortaya çıxır. İndi isə Project Highland barəsində yeni məlumatlar verilib. Verilmiş məlumatlara əsasən Project Highland Tesla şirkətinin tarixində ən böyük yenilənmə olacaq. Yeni məlumatda qeyd edilib ki, Tesla Model 3 Project Highland-ın salonunun ön hissəsində tamamilə yeni panel mövcud olacaq.
Bununla yanaşı şirkət elektromobilin bamperinə yeni kamera yerləşdirəcək. Şirkət elektromobilin salonunda və proqram təminatında bəzi dəyişikliklərin edilməsini planlaşdırır. Onun interyerində əsas diqqət təkrar emal edilmiş materiallara ayrılacaq. Elektromobilin salonunda RGB işıqlandırma sistemi reallaşdırılacaq. Şirkətin hal hazırda HardWare4 adlı yarı avtonom səyahət paketi yenilənmiş Model 3-ün ayrılmaz hissəsinə çevriləcək. İnsayderlər bildiriblər ki, yenilənmiş Model 3 növbəti 9 ay ərzində satışa çıxa bilər. Lakin bu məsələdə dəqiq tarix göstəriciləri hələ yoxdur.
Paylaş
Bənzər xəbərlər