Logo
    main-post-cover

    Yenilənmiş Tesla Model 3 elektromobilinin fotosu ortaya çıxıb

        Çin Tesla şirkəti üçün vacib bazarlardan biridir. Buna görə də heç təəccüblü deyil ki, şirkət yenilənmiş Model 3 elektromobilinin təqdimatını məhz Şanxay avtosalonu sərgisində keçirtməyi planlaşdırır. Bu münasibətlə yenilənmiş Model 3-ün fotosu da ortaya çıxıb. Ortaya çıxmıış  fotodan da görmək olar ki, yenilənmiş Model 3-ün ön faraları Tesla Roadster 2 idman elektromobilinin ön faralarına bənzəyir. Həmçinin elektromobil tamamilə yeni bamperə də sahibdir. Lakin dəyişikliklər bununla bitməyəcək. Son məlumatlara əsasən yenilənmiş Model 3 elektromobili daha çox sensor və kamera, o cümlədən yaxşılaşdırılmış avtopilot sistemi və salon daxilində yenilənmiş ön paneli əldə etməlidir. Qeyd etmək lazımdır ki, bu il Şanxay avtosalon sərgisi 18 apreldən 27 aprelə kimi baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər