
Yenilənmiş Tesla Model 3-ün yeni fotoları ortaya çıxıb
Elm & Texnologiya
22.06.2023
Emil
Project Highland kod adına sahib yenilənmiş Tesla Model 3 elektromobili yenidən avtomobil yollarında görülüb. Bu dəfə görülmüş elektromobil ağ gövdə rənginə sahib olub. Lakin bu dəfə də yenilənmiş elektromobilin gövdəsi qara rəngli xüsusi örtük ilə əhatə olunub. Təqdim edilmiş fotolar elektromobilin arxa sol fənərini sərgiləyir və elektromobilin ümumi yeni dizaynını təsdiqləyirlər. İndi dəqiq şəkildə məlumdur ki, yenilənmiş Tesla Model 3 özündə yeni arxa fənərləri birləşdirəcək. Gözləntilərə əsasən yenilənmiş Tesla Model 3 daha da təkmilləşdirilmiş avtopilot sistemini və daha çoxlu sayda kamera ilə sensoru əldə edəcək.
Paylaş
Bənzər xəbərlər