main-post-cover

    Yer kürəsinin orbitində bitcoin peyklər istifadəyə veriləcək

    Elm & Texnologiya
    17.08.2017
    Farid Pardashunas

    Blockstream Satellite adlı startap, bitcoin tranzaksiyalarını hamı üçün əlçatan etmə planını açıqladı.

    Bunun üçün o, əlaqə peyklərini icarəyə götürəcək və onların vasitəsilə bitcoin müqavilələri haqqında məlumatları yayımlayacaq. Peyklər, real zamanda bütün dünya üzrə bitcoin vasitəsilə tranzaksiyaların yetirilməsinə şərait yaradacaq. İdealda isə hətta internetə qoşulma mümkünlüyü olmadığı halda belə. Nəzəri cəhətdən bitcoin peyklər, hər bir insana azad şəkildə bitcoinlərin, məhsul və xidmətlər ilə mübadiləsi şəbəkəsinə giriş imkanı verməlidir. Beləliklə Afrikanın hansısa kəndindən olan şəxs, Nyu Yorkda yaşayan digər bir şəxs ilə eyni səviyyədə ticarət apara biləcək. Bu isə öz növbəsində orta statistik bitcoin sahibini, dövlət tərəfindən ola biləcək sərhədlərdən qoruyacaq. Bundan əlavə olaraq peyklər, kriptovalyutanı daha azad edəcək və müxtəlif manipulyasiyalardan qoruyacaq.
    Sözügedən startapın yaradıcıları bildiriblər ki, bitcoin, maliyyə məsələsinə yeni ideologiya və baxış tərzini gətirir. Buna görə də bu kriptovalyutaya və onunla bağlı olan müqavilələrə əlçatanlıq özəlliyi sadə və qlobal olmalıdır. Şirkət bildirib ki, bu mövzu ilə bağlı olaraq peykə qoşulmaq elə də çətin deyil. Sadəcə olaraq kompüter, peyk anteni, qəbuledici və SDR usb-açar lazımdır. Beləliklə istifadəçi, peyk ilə sinxronlaşaraq blockchain vasitəsilə ona lazım olan əməliyyatları yerinə yetirə bilər. Təbii ki, bu halda hələki internetə qoşulma lazımdır. Lakin bu özəllik hələki test mərhələsi üçün keçərlidir. Şirkət qeyd edib ki, bu, insanların sahib olduqları peyk antenlərindən daha faydalı bir şey üçün istifadənin ən əlverişli üsuludur. Ümumilikdə sadalanmış cihazlar heç də baha deyillər. USB-açar, 20$, qəbuledici isə 12$-dır. Lakin bu, sözün əsl mənasında qlobal bir prosesdə iştirak etmək imkanını verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər