
Yerli avtomobil icarə platforması - "Lendock" tam yeni dizayn və funksionallıq ilə təqdim edildi
Elm & Texnologiya
07.05.2017
Farid
Lendock nəqliyyat vasitələrinin (NV) icarəsi platformasıdır. Bu platformadan istifadə edərək həm icarəyə maşın götürmək, həm də icarəyə maşın verməklə pul qazanmaq mümkündür.
Bir çox insan maşın icarəyə götürmək üçün
çoxlu sayda axtarışlar etmək məcburiyyətində qalır. Bu həm vaxt itkisi, həm də
daha sərfəli icarə yerləri tapmaqda çətinlik mənasına gəlir. Bundan əlavə müştəri
icarə qiymətləri və hansı tarixlərdə icarə üçün uyğun vaxt olacağını bilmək
üçün rent a car şirkətləri ilə bir-bir əlaqə saxlamağa məcburdur. Belə çətinliklərdən
can qurtarmaq istəyənlər Lendock platformasının təqdim etdiyi xidmətdən istifadə
edə bilər. Yenilənmiş platformanın istifadəsi indi çox asandır. Belə ki, istənilən
istifadəçi ona rahat olan dil seçimi edərək axtarış həyata keçirə bilər. Sayt 3
dildə fəaliyyət göstərir: Azerbaycan, İngilis və Rus dillərində.
Həmçinin istifadəçi icarəyə götürmək istədiyi
avtomobildə yer alan avadanlıqlarla da tanış ola bilər. Məsələn, siz avtomobildə uşaq oturacağının, CD diskin, kondisonerin, GPS naviqator və ya digər əlavələrin
olması haqda məlumat ala bilərsiniz. Bundan əlavə avtomobilin hansı məqsədlə istifadəyə
uyğunluğu da öz əksini tapmaqdadır.
Yəni avtomobilin biznes klas, ekonom klas və
ya gəlin maşını olaraq istifadə olunacağı haqda məlumat verilir.
Yenilənmiş sayt sizə avtomobiliniz haqda məlumatları
daha asan daxil etməyə şərait yaradır. Maşınınızı Lendock-da icarəyə verərək əlavə
gəlir əldə edə bilərsiniz. Beləliklə, Lendock 2.0 -da təqdim olunan əsas yeniliklər aşağıdakılardır:
- Yenilənmiş dizayn
- Istifadə sürəti
- Avtomobillərin rahat əlavə olunması
- 2 yeni dil: English və Русский
- Yeni istifadəçi profili
Paylaş
Bənzər xəbərlər