
YouTube-a video yükləyənlər üçün yeni funksiya gəlir
Elm & Texnologiya
07.05.2017
Farid
İstifadəçiləri video portalda uzun müddətə saxlamaq üçün YouTube, servisə video yükləyənlərə yeni funksiya təqdim edir.
Deməli End Screens adlı yeni funksiya videonun sonuncu 5-20
saniyəsinə mobile-friendly iikonlarını əlavə etməyə imkan verəcək. Həmin
ikonlar isə istifadəçini müəllifin digər videolarına, kanalına və ya tərəfdaşın
videolarına yönəldəcək. Həmçinin reklam məqsədli müəyyən mənbələrin linklərini
də əlavə etmək imkanı olacaq. Daha əvvəllər videolara linklər əlavə etmək üçün
müəlliflər Annotations adlı tətbiqdən istifadə edirdilər. Artıq buna ehtiyac
yoxdur. "Buna artıq ehtiyac yoxdur. Belə ki, yeni End Screens-ləri yaratmaq həm
çox asandır, həmdə onların köməkliyi ilə müəlliflər mobil və web versiyalarda
daha çox baxış sayı yığa biləcəklər” – deyə bildirilib. Özündə sayca 4 element
daşıya biləcək ikonu videonun son 5-20 saniyəsi ərzində istənilən yerdə yerləşdirmək
olacaq. Oxu ikona yaxınlaşdıran zaman o genişlənərək daxilində olan linklər barəsində
daha ətraflı məlumatları əks etdirəcək.
Paylaş
Bənzər xəbərlər