main-post-cover

    YouTube mesajlaşma xüsusiyyətini bütün istifadəçilərinə təqdim etdi.

    Elm & Texnologiya
    10.08.2017
    Orxan Jafarli
    Bir ildən uzun müddətdir xüsusi mesajlaşma xüsusiyyətini test edən YouTube, bu xüsusiyyəti nəhayət bütün istifadəçilərinə təqdim etdi. Şirkət daha əvvəl etdiyi şərhlərdə, bu xüsusiyyəti gətirməsinin səbəbinin mobildə istifadəçilərini tətbiq içində daha çox vaxt keçirtmələrini təmin etmək olduğunu ifadə etmişdi.
    Videoları paylaşmaq xüsusiyyətini aktuallaşdıran YouTube, artıq istifadəçilərinə video haqqında xüsusi mesajlaşma üzərindən danışma imkanı təqdim edir. Şirkət xüsusiyyət haqqında daha əvvəl etdiyi açıqlamalarda “Telefonunuzdan paylaşmağı daha asan, daha sürətli və daha əyləncəli hala gətirir” şərhini edirdi.
    Xüsusilə YouTube-da videoları ünvan dəftərinizdə iştirak edən kəslərlə ya da bir link üzərindən 30 adama qədər qruplarda paylaşabilərsiniz. Paylaşılan videoları mesaj içində də yenidən baxmaq imkanı təmin edir. Bunun yanında videolar haqqındakı fikirlərinizi mesajlarla ifadə edə biləcəyiniz kimi emojilərdən də istifadə edərək ya da Instagram-dakı kimi videonun yanına ürək emojisi əlavə edərək göstərə bilərsiniz.
    YouTube, bu yeniləmə ilə istifadəçi ünsiyyətini şərh qisimindən xüsusi mesajlara daşımağı hədəfləyir. Eynilə Twitter-da olduğu kimi istifadəçilərin iki fərqli sahədə də təsirli olmasını istəyən YouTube beləcə özünü bir yayım platformasından çox sosial şəbəkə olmağa daha çox yaxınlaşdırır. Bu YouTube-un özünü sosial şəbəkəyə çevirmə mövzusundakı ilk cəhdi deyil. Şirkət ötən il də Backstage xüsusiyyəti üzərində çalışaraq istifadəçilərinin video xaricində məzmunlar paylaşmasını test etməyə başlamışdı.
    Mesajlaşma xüsusiyyəti müvəffəqiyyətli olsa YouTube, bir sosial şəbəkəyə çevrilmənin ilk addımını atmış olmanın yanında istifadəçilərinin də mobildə daha çox vaxt keçirməsini təmin etmiş olacaq. Bu xüsusiyyətin ən gözəl yanı isə, videolar haqqında YouTube şərhləri xaricində bir yerdə çat edə bilməkdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər