
YouTube, Şimali Koreyaya aid kanala qadağa qoydu
Elm & Texnologiya
07.05.2017
Farid
Hər zaman qəribə qadağaları ilə seçilən Şimali Koreya bu dəfə özü bu qadağalardan birinin qurbanı oldu.
Dünyadan təcrid olunmuş Şimali Koreya bu dəfə
özü qadağanın qurbanı oldu. Belə ki, YouTube, Şimali Koreyaya aid kanalı blok
etdi. Washington Post-un verdiyi məlumata görə bu qadağanın əsas səbəbi Şimali
Koreyaya aid bu kanalının təxribat xarakterli olmasıdır. Saytda yer alan xəbərə
görə bunun səbəbi YouTube-un Şimali Koreyaya pul ödəməkdən imtina etməsidir. Hərçənd
ki, kanalın izlənmə sayılarına baxdıqda kanalın qazandığı pulların o qədər də
yüksək olmadığını anlaya bilirsiniz.
Koreyanın mərkəzi televiziya kanalının səhifəsində
paylaşılan mesajda, kanalın bağlanma səbəbi olaraq "Bu hesab YouTube-un İstifadə
Qaydaların qarşı gəldiyi üçün bloklanıb” açıqlaması paylaşılıb. YouTube-u belə qərar qəbul etməsinə təsir edən
amillərdən biri də sözü gedən kanalın yanvar ayında hidrogen bombası test
edildiyinə dair görüntülərin yayımlanması oldu. Çünki kanal şiddət görüntülərinin
yer aldığı görüntüləri yayımına icazə vermir. Şimali Koreyanın təxribat
xarakterli kanalı isə bu qadağanı gözardı etdiyi üçün blok edildi.
Paylaş
Bənzər xəbərlər