
YouTube\'a mükəmməl yenilik əlavə olunub.
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın ən böyük video platforması YouTube, video tənzimləmə seçimləri arasında ərazi bulanıqlaşdırma alətini də əlavə etdi.
2012-ci ildə buna bənzər bir xüsusiyyəti aktivləşdirmişdi. Bu xüsusiyyət ilə insanların üzünü bulanıq hala gətirmək olurdu. İndi isə YouTube daha da inkişaf etdirərək ərazilər üçün də bu funksiyanı aktiv edib. İnsanlar artıq videonun istədikləri hissəsini ölçü limiti olmadan bulanıq edə biləcəklər. Hətta bu bulanıqlaşdırılan obyekt hərəkətli olsa belə bulanıq qalacaq. Beləcə əlavə video tənzimləmə proqramlarına olan ehtiyac aradan qalxacaq.
Bu alət sayəsində ele portalın özündə videonu tənzimləyə biləcəksiniz.
Bugün stolüstü versiyasın gələcək dəstək, qısa zaman ərzində mobil platforma üçün də aktivləşdiriləcək.Paylaş
Bənzər xəbərlər