
YouTuber PewDiePie kanalını niyə silmədiyini açıqlandı (Video)
Elm & Texnologiya
07.05.2017
Farid
PewDiePie kanalının sahibi 50 milyon abonəsinə aid kanalını niyə silmədiyini açıqlayıb.
Xatırladaq ki, YuTuber bir müddət əvvəl
video yayımlamış və 50 milyon abonəçiyə çatdıqda kanalını siləcəyini
bildirmişdi. Amma hər kəs maraqlı PewDiePie kanalının silinməsini gözlərkən
YouTuber sözünü tutmayaraq digər özünə məxsus olan kanalı silmişdi.
YouTuberin bunun səbəbini açıqlamaq üçün
yeni 50 MILLION adlı növbəti videosunu yayımlayıb. Xatırladaq ki, ilk
videosunda YouTuber onun abunə saylarına nisbətdə izlənmə sayının azaldığını,
buna səbəb isə yeni videoalar haqda bildirişlərin abunələrə çatdırılması və
eyni zamanda hesabların silinməsinə etiraz olaraq göstərmişdi. Kanalın böyüdükcə
əksinə izlənmələrin ciddi rəqəm fərqi ilə azalması YouTuberi belə addım atmağa
məcbur etmişdi.
Bu videosunda isə YouTuber açıqlama edərək
müsbət işlər gördüyü təqdirdə medianın bunu işıqlandırmadığını, əksinə mənasız
boş sensasiya sayılacaq mövzulara üstünlük verdiyini bildirdi. Buna görə də belə
bir işə imza atdığını bildirdi. Əslində bu mövzuda haqsız da sayılmaz. Çünki,
insanların çoxluğunun belə qeyri-ciddi şeylərə üstünlük verməsi bütün mediaya məlumdur.
Bunu öz kanalı üçün sınaqdan keçirən
YouTuber uğurlu nəticə əldə edərək abunə sayını 50 milyona çatdırmağa bacardı.
Paylaş
Bənzər xəbərlər