
Yuxuları idarə etməyə söz verən InstaDreamer adlı yeni qolbaq (VİDEO)
Elm & Texnologiya
04.08.2018
Emil
InstaDreamer adlı qolbaq adi fitnes cihaza bənzəyir və onun
kimi çalışır. Belə ki, InstaDreamer də adi fitnes qolbağı kimi fiziki aktivlik
ilə yuxu fazalarını təyin edən ötürücülər ilə təchiz olunub. Lakin bu qolbaq
insanın yandırdığı kaloriləri hesablamaq üçün nəzərdə
tutulmayıb. Belə ki, bu qolbaq yuxuların idarəolunmasına yardımçı olmalıdır.
Gün ərzində insan işləyərkən, yemək yeyərkən və ya gəzərdən sözügedən qolbaq
vibrasiya edir. Bu isə öz növbəsində insana yatmadığnı və öz fəaliyyətini idarə
etdiyini şüuraltı səviyyədə anlamağa imkan verir. Buna görə də əgər qolbaq yuxu
zamanı vibrasiya etsə, istifadəçi bunu anlamalı və öz yuxusunun üzərində idarəni
əldə etməlidir.

Tərtibatçıların verdikləri məlumata əsasən yuxunun bu cür idarəolunması
üsulu vasitəsilə istifadəçi öz yuxusunda istədiyi ölkəni gəzə, öz qorxularına
qalib gələ və s. edə bilər. Bundan əlavə olaraq sözügedən qolbaq yuxu zamanı
istifadəçinin həyat göstəricilərini təyin edir və zəngli saat kimi çalışır.
Lakin qolbaq istifadəçini konkret bir zamanda deyil, istifadəçinin oyanması
üçün optimal anı seçərək onu yalnız o anda oyadır. Qolbaq ön sifariş əsasında gələn
ilin Fevral ayında satışa çıxacaq və 200$ qiymətində satılacaq. Qeyd etmək
lazımdır ki, bu layihə Kickstarter platformasında yerləşdirilib və bir neçə gün
ərzində yaradıcılar lazım olan məbləğdən daha çoxunu əldə ediblər. Layihənin crowdfunding kampaniyası hələ
3 həftə davam edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
