
Zükerberqin evini idarə edən süni zəka artıq hazırdır!
Elm & Texnologiya
07.05.2017
Farid
Zükerberqin evini idarə edən süni zəka artıq hazırdır!
Mark
Zükerberq-in özü üçün hazırladığı süni zəka, verilən məlumatlara görə bəzi işləri
icra edə bilir. "Facebook" CEO-su Mark Zükerberq, bir müddət əvvəl, maraqlı
açıqlama edərək şəxsi evinin özünün hazırladığı süni zəka tərəfindən idarə
edildiyini bildirmişdi. Romada keçirilən tədbirdə iştirak edən Mark süni zəkanın
sahib olduğu bacarıqlardan danışıb. Mark süni zəkanın evin işıqlarını, qapılarını,
otaq tempraturunu idarə etməyi bacardığını bildirib. Həmçinin Zükerberq sözü
gedən layihənin demo versiyasını önümüzdəki ay təqdim edəcəklərini və bu işdə "Facebook" mühəndislərinin böyük rolu olduğunu bildirib. Mark bu yenilik vasitəsilə
otağa daxil olduqda heç bir kod və ya başqa bir şeyə ehtiyac olmadığını, üz
tanıma vasitəsilə içəri girişin mümkün olduğunu da sözlərinə əlavə edib.
Paylaş
Bənzər xəbərlər