Məlumat verdiyimiz kimi, son 1 ayda facebook\'da məşhur olan və kifayət qədər izləyicisi olan Azərbayncan səhifələri hack olaraq başqaları tərəfindən idarə olunur. Səhifə idarəçilərinin profillərinə və səhifənin mesaj qutusuna göndərilən bəzi mesajları açmaqla adminlər şəxsi məlumatların hacker\'lərə ötürürlər. Keçən günlərdə Capstagram, Şedevr və Trolling Azərbaycan səhifələrinin oğurlanmasının ardından bu həftə də hacker\'lər öz qanunsuz əməllərinə davam ediblər. Son olaraq Elçin Bayramov\'un idarəçiliyi aldında olan "Məşhur insanlardan sitatlar" səhifəsi oğurlanıb. Əldə olunan məlumatlara əsasən hackerlər "Böyük səhifələrlə bağlı video hazırlamışıq, sizin də səhifə bunlar arasındadır, buyurun baxın" deyə müraciətlər edərək link atırlar. Mövcud linkə daxil olan zaman .rar formatlı fayl açılır və sizin məlumatlar avtomatik olaraq başqasaının əlinə keçir.
Bununla bağlı, dövlət səviyyəsində tədbir görülməsədə görünən odur ki, bu hacker\'lər daha çox baş ağrıdacaq. Profilinizin oğurlanmaması üçün və təhlükəsizliyi təmin etmək məqasədilə bu məqaləmizi mütləq oxuyun.
Şərh yoxdur